RATİ-NİN HAKİM SÜDABƏ MƏMMƏDOVAYA GÖNDƏRDİYİ MÜRACİƏT

Bildiyiniz kimi,  ”Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov xuliqanlıq və sağlamlığa qəsdən az xəsarət yetirməkdə ittiham olunur. Hal-hazırda Sizin sədrliyinizlə onun məhkəmə istintaqı davam edir.

Fevralın 19-da keçirilən məhkəmə prosesində prokuror Ceyhun Kazımov Sizdən Zahidova 5 il həbs cəzası verilməsini istəmişdi. Fevralın 26-da keçiriləcək növbəti məhkəmə prosesində jurnalist və onun vəkilləri son cıxışlarını etdikdən sonra ona  hökmün oxunacağı gözlənilir. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) məhkəmə istintaqının müşahidəsindən belə bir qənaətə gəlib ki, Zahidov saxta ittihamlarla həbs olunub və onun həbsi siyasi sifariş əsasında həyata keçirilmişdir.Siz özünüz də məhkəmə proseslərinin gedişində qarşı tərəfin saxta sübutlarla çıxış etdiyinin şahidi olmusunuz. Vüsal Həsənovun çıxışlarında, həkim-ekspertlərin verdiyi ifadələrdə, o cümlədən digər şahid ifadələrində bu öz əksini tapır. Qənimət Zahidovun həbsi yerli və beynəlxalq ictimaiyyət tərəfindən  narazılıqla qarşılanır və diqqət mərkəzində saxlanılır. Belə ki, artıq bir çox beynəlxalq hüquq müdafiə təşkilatları prokurorun Qənimət Zahidova 5 il cəza istəməsini absurd və ədalətsiz hesab edir.Nəzərinizə çatdırmaq istəyirik ki, Q. Zahidov Azərbaycanın ilk müstəqil qəzetinin baş redaktorudur. Onun saxta ittihamlarla azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi Azərbaycan Respublikasının beynəlxalq imicinə mənfi təsir göstərə bilər. Martın 13-də AŞPA-nın Monitorinq Komitəsinin keçıriləcək növbəti iclasında Azərbaycana siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunacağı barədə müzakirələr aparılacaq və xüsusi məruzəçinin təyin olunması məsələsi olduqca aktualdır. Hal-hazırda ölkədə digər siyasi məhbuslarla yanaşı, siyasi sifarişlər nəticəsində üç jurnalist (Eynulla Fətullayev, Sakit Zahidov və Müşfiq Hüseynov) artıq həbsdədir. Zahidov barəsində iki aylıq həbs qət-imkan tədbirinin seçilməsi Avropa İnsan Haqları Konvensiyasının 5-ci maddəsini (azadlıq və toxunulmazlıq hüququ) pozub və bu pozuntudan artıq Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib. Baş redaktor azadlıqdan məhrum edilərsə, həmin Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) də pozulacaq və bu Avropa Məhkəməsinə daha bir şikayətin göndərilməsinə səbəb olacaq. Avropa Məhkəməsinə göndərilən hər bir şikayət isə Azərbaycanın imicinə mənfi təsir göstərir.Bütün bunları nəzərə alaraq, jurnalist Zahidova ədalətli hökm çıxarmağınızı Sizdən artıq dərəcədə xahiş edirik.
Previous Post

ELAN

Next Post

RATİ ZAHİDOVA HÖKM OXUYACAQ HAKİMƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.