BƏYANAT

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin döyülməsindən və onun həyatına qəsd edilməsinə cəhd göstərilməsindən olduqca narahatdır.

Belə ki, dünən (22 fevral) saat 17:00 radələrində A.Xəlil Qəzetin redaksiyasına daxil olan məlumat əsasında Binəqədi rayonu, 6-9-cu mikrarayon arasında yerləşən “Zeytun bağları” deyilən ərazidə ağacların kəsilməsi və yandırılması ilə bağlı reportaj hazırlamaq istəyərkən biri 45-50, digəri isə 50-55 yaşlarında olan iki nəfər naməlum kişi tərəfindən zorakılığa məruz qalıb. Həmin şəxslər jurnalistin vəsiqəsini alaraq geri qaytarmayıblar. Onun fotoaparatını əlindən almağa çalışıblar. Jurnalistin fotoaparatı vermək istəmədiyini görən şəxslər onu təhqiramiz söyüşlərlə söyüb, döyməyə başlayıblar. Əl barmağını sındıran və ona müxtəlif ağır xəsarətlər yetirən şəxslər hətta  A.Xəlili fotoaparatın naqili ilə boğmağa çalışıblar. Yerə yıxılan jurnalistə təpiklə zərbələr endirməyə başlayıblar.
RATİ Azərbaycanın hüquq-mühafizə orqanlarını Aqil Xəlilə qarşı edilən zorakılığı ciddi surətdə araşdırmağa və jurnalistin təhlükəsizliyini təmin etməyə çağırır.
RATİ eyni zamanda beynəlxalq təşkilatlardan Azərbaycan hüquq-mühafizə orqanlarından jurnalistə qarşı edilmiş zorakılıqla  bağlı ətraflı təhqiqat aparmağı tələb etməyə çağırır.

Previous Post

JURNALİST PEŞƏ BORCUNU YERİNƏ YETİRƏRKƏN DÖYÜLÜB

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.