“Azadlıq” qəzetinə qarşı daha bir iddia

Keçmiş müstəntiq Vüsal Salehov “Azadlıq” qəzeti və ilahiyyatçı Tale Bağırzadənin vəkili  Cavad Cavadovu məhkəməyə verib.Bu barədə bu gün (12 sentyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil C. Cavadov və “Azadlıq” qəzetinin rəhbərliyindən məlumat veriblər.
Vəkil C. Cavadov RATİ-yə açıqlamasında bildirib ki, iddiaçı T. Bağırzadənin  istintaq işini aparmış keçmiş müstəntiq Vüsal Salehovdur:
“Məhkəmə iddiası “facebook” səhifəmdə yazdığım  statusdan qaynaqlanır. Belə ki, statusumda hüquqlarını müdafiə etdiyim ilahiyyatçı T. Bağırzadənin  müstəntiq  Vüsal Salehovla dini mövzuda, onun səhv yoldan çəkinməsi ilə bağlı söhbətlər  aparmasını bildirmişəm. Statusumda “Taleh Bağırov ona peyğəmbərin, imamların həyatından, islam ehkamlarından danışıb, hədislər söyləyib. Söhbət nəticəsiz qalmayıb. Vüsal Salehov ərizəsini yazıb, orqanlardan könüllü çıxıb. Keçmiş müstəntiq özünə yeni iş tapıb, ailəsini halal yolla dolandırır. Onun yerinə çox şad oldum. Allah bütün məmurlara bunu qismət eləsin. Bu sistemdə dövlət məmuru olmaq özünü həlak etmək deməkdir” –deyə qeyd etmişəm. “Azadlıq” qəzeti də  statusumda qeyd etdiklərimi öz səhifəsində çap etdirdiyinə görə, məhkəməyə verilmişik. Vüsal Salehov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 50 000 manat maddi təzminat da tələb edir” –deyə bildirən vəkil sentyabrın 20-də Yasamal rayon Məhkəməsində hakim Ayaz Məmmədovun sədrliyi ilə ilkin məhkəmə iclasının keçiriləcəyini bildirib.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev məhkəmə iddiası barədə məlumatlı olduqlarını və qəzetin ağır maliyyə böhranı keçirdiyi bu dönəmdə məhkəmə tərəfindən  yeni bir maliyyə sanksiyasına məruz qalacaqları ehtimalını istisna etmədiyini qeyd edib.
Previous Post

Dövlət ittihamçısı jurnalistə 6 il cəza istəyib

Next Post

Xarici jurnalistlər Azərbaycana buraxılmır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.