Dövlət ittihamçısı jurnalistə 6 il cəza istəyib

935671_598435393509635_869834024_n

Sentyabrın  11- də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə iclası keçirilib.

Proses dövlət ittihamçısının çıxışı ilə davam edib. Dövlət ittihamçısı iş üzrə qısa arayışla çıxış edərək, Məmmədovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib. Dövlət ittihamçısının bu sözləri Məmmədovun etirazına, eləcə də  zalda əyləşən ailə üzvlərinin böyük narazılığına səbəb olub. Nəticədə dövlət ittihamçısı zalı tərk etmək məcburiyyətində qalıb. Hakim A. Orucov qısa fasilədən sonra növbəti proses zamanı müdafiə vəkillərinin çıxışlarının dinləniləcəyini deyərək, məhkəməni 25 sentyabr saat 11:00-a təyin edib.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Previous Post

Əvəz Zeynallının kassasiya şikayəti təmin edilməyib

Next Post

“Azadlıq” qəzetinə qarşı daha bir iddia

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.