Xarici jurnalistlər Azərbaycana buraxılmır

Azərbaycan hakimiyyəti barədə tənqidi məqalələr hazırlamış alman jurnalistlərin Azərbaycana gəlişi üçün viza verilməsindən imtina olunub. Bu barədə www.azadliq.info saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bunu hazırda Almaniyada olan azərbaycanlı həmkarlarına bu ölkənin “Der Tagesspiegel” qəzetinin siyasət şöbəsinin müdiri Klaudia von Salzen bildirib. Von Salzenin özü də “Eurovision” musiqi yarısması ərəfəsində Bakıda səfərdə olub, Azərbaycan hökumətini tənqid edən məqalə hazırlayıb.
“Eurovision” zamanı Azərbaycan hökumətini tənqid etməsindən danışan xanım jurnalist deyir ki, təkcə neft və siyasət haqda danışmaq olmaz. “Əgər insan hüquqları, demokratiya sahəsində problemlər varsa, buna necə göz yumasan?”.
Klaudia von Salzen azərbaycanlı həmkarı Xədicə İsmayılovanın başına gələnlər haqda da ayrıca danışıb.
“Onun başına gələnlər əslində, Azərbaycanda nə baş verdiyinə işıq salır. Mən Xədicə İsmayılova ilə görüşmüşəm, onun haqqında məqalə də yazmışam. Onun mövqeyi məni qürurlandırır. Mən Azərbaycana baxanda hər şeyi parlaq göstərə bilmərəm, axı orada nəbaş verdiyini anlayıram…”.
Von Salzen hesab edir ki, xüsusən də siyasət mövzusunda yazan jurnalist tənqidçi jurnalist olmalıdır.

Previous Post

“Azadlıq” qəzetinə qarşı daha bir iddia

Next Post

Araz Quliyevin apellyasiya şikayətinə baxılır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.