Jurnalistin müdafiəsi ilə bağlı növbəti aksiya keçirilib

hilal memmedov

Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə növbəti qapalı   məhkəmə iclası keçirilib. Məhkəmə başlamazdan əvvəl Hilal Məmmədovun hüquqlarını müdafiə komitəsinin təşkilatçılığı ilə piket keçirilib. H.Məmmədovun hüquqlarını Müdafiə Komitəsi tərəfindən təşkil olunmuş aksiyada 40-a yaxın adam iştirak edib. Onlar H.Məmmədovun azadlığa buraxılmasını tələb ediblər. Aksiyanı beynəlxalq İnsan Hüquqları Federasiyası müşahidə ediblər. Qurumun tərkibində Rusiyanın “Memorial”, Qırğızıstanın “Vətəndaşlar korrupsiya əleyhinə” təşkilatlarının əməkdaşları da olub.

Qapalı keçirilən prosesdə Hilal Məmmədovun ötən məhkəmə prosesində dindirilən  Elman Quliyevin təkrar dindirilməsi ilə bağlı verdiyi vəsatət təmin edildiyi üçün məhkəmə dinləmələri təxirə salıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Ramiz Məmmədov məlumat verib.  R. Məmmədov bildirdi ki, Hilal Məmmədovun həmin şəxsə konkret sualları var və istəyir ki, o yenidən məhkəməyə gəlsin və bu suallara cavab versin.

Qeyd edək ki, növbəti proses 27 mart saat 10:30-da davam edəcək.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Previous Post

Media təmsilçiləri Əvəz Zeynallının həbsini siyasi sifariş hesab edirlər

Next Post

Beynəlxalq təşkilatlar Əvəz Zeynallıya barəsində çıxarılan hökmü pislədi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.