ANS ŞİRKƏTLƏR QRUPUNUN ƏMƏKDAŞLARI YOL QƏZASINA DÜŞÜBLƏR

Dünən (30 avqust) ANS Şirkətlər Qrupunun əməkdaşları yol qəzasına düşüblər. anspress.com saytının yaydığı məlumata görə, hadisə təqribən saat 19.00 radələrində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib.

Şəki şəhərində Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş konsertdən Bakıya qayıdarkən, “Wolksfagen” markalı mikroavtobusun qabaq təkərinin partlaması nəticəsində avtomobil bir neçə dəfə aşıb.
Avtomobildə sürücüdən başqa, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, Şirkətlər Qrupunun prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov, şirkətin əməkdaşı Yuri Stepanoviç, ANS-in nəzdində fəaliyyət göstərən Nara Moda Evinin direktoru Renara Şəmsiyeva olub. Hadisə yerinə ilk olaraq arxadan gələn Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev çatıb və dərhal təcili yardım çağırılıb. Qəza nəticəsində xəsarət alan V. Mustafayev Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb və səhhəti normal olduğu bildirilir.

Previous Post

VAŞİNQTONDAKI AZƏRBAYCAN SƏFİRLİYİNİN QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİB

Next Post

AZƏRBAYCAN “EUROVİSİON 2009” QALMAQALI İLƏ BAĞLI AVROPA YAYIM İTTİFAQINA CAVAB VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.