AZƏRBAYCAN “EUROVİSİON 2009” QALMAQALI İLƏ BAĞLI AVROPA YAYIM İTTİFAQINA CAVAB VERİB

Avropa Yayım İttifaqı (EBU) “Eurovision 2009” yarışmasında erməni mahnısına səs verən azərbaycanlı izləyicilərin təhlükəsizlik qüvvələri tərəfindən dindirilməsi barədə iddialara Azərbaycan hökumətinin cavabını alıb.

“Azadlıq” radiosunun “Eurovision TV” yə istinadən verdiyi xəbərə görə, EBU-nun Azərbaycandakı tərəfdaşı İctimai Televiziya (İTV) azad və ədalətli səsvermə ilə bağlı öhdəliyinə sadiq olduğunu bildirib. İTV-nin EBU-ya bildirdiyinə görə, iki nəfər Milli Təhlükəsizlik Nazirliyinə çağırılsa da, nazirlik bilavasitə müsabiqədə səsvermə ilə bağlı heç kimin rəsmi, yaxud qeyri-rəsmi sorğu-sual edilmədiyinə zəmanət verib.
EBU-nun baş direktoru Jan Revillon deyib ki, o, bəyanatları nəzərə alıb. Amma o, onu da qeyd edib ki, öz ölkənin mahnısından başqa istənilən nəğməyə səsvermə azadlığı müsabiqənin təməl daşlarından biridir:  “Səsvermə ilə bağlı anonimlik hüququnun hər hansı şəkildə pozulması, yaxud fərdlərin sorğu-suala çəkilməsi tamamilə qəbuledilməzdir”.
EBU-nun “Eurovision” Mahnı Müsabiqəsinin keçirilməsi üzrə məsul komitəsi – İstinad Qrupu sentyabrın 11-də Osloda keçiriləcək görüşündə məsələni müzakirə edəcək.
Xatırladaq ki, Rövşən Nəsirli adlı Azərbaycan vətəndaşı may ayında keçirilən  “Eurovision 2009” mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərdiyi üçün avqustun 12-də onu Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırılması barədə mətbuata məlumat vermişdi. Həmçinin politoloq Ərəstun Oruclunun 17 yaşlı oğlu da eyni səbəblə avqustun 6-da telefon vasitəsilə MTN-in Nəsimi rayon şöbəsinə çağırılmış, lakin rəsmi çağırış gəlmədiyinə görə, politoloq oğluna şöbəyə getməyə icazə verməmişdi.

Previous Post

ANS ŞİRKƏTLƏR QRUPUNUN ƏMƏKDAŞLARI YOL QƏZASINA DÜŞÜBLƏR

Next Post

SMDTM-İN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.