MEDİA HÜQUQU İNSTİTUTU BƏYANAT VERİB

Media Hüququ İnstitutu www.fanat.az saytının layihə rəhbəri Zahir Əzəmət və saytın köşə yazarı Natiq Muxtarlının Cinayət Məcəlləsinin böhtan və təhqirə görə cinayət cəzası nəzərdə tutan 147 və 148-ci maddələrilə məsuliyyətə cəlb edilməsini pisləyən bəyanat verib.

Media Hüququ İnstitutu Azərbaycan hökumətini jurnalistlər barəsində çıxarılan qeyri-adekvat qərarı ləğv etməyə, defamasiya (nüfuzun qorunması) ilə bağlı Avropa ölçülərinə uyğun qanun qəbul etməyə, nüfuzun qorunması ilə bağlı məhkəmə təcrübəsinin islahat edilməsinə, Avropa Məhkəməsinin presedent hüququnun işığında hakimlər üçün yeni tövsiyələrin hazırlanmasını təmin etməyə çağırır.
Belə ki, dünən (07 oktyabr) Nəsimi  rayon Məhkəməsi “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddiasına əsasən Natiq Muxtarlının isə məvacibinin 20 faizinin Mais Məsimovun xeyrinə  tutulması ilə 1 il, Zahir Əzəmətin isə məvacibinin  20 faizinin tutulması ilə 6 ay islah işlərinə cəlb olunması ilə cəzalandırılması barədə hökm çıxarıb.
Previous Post

ANS ŞİRKƏTLƏR QRUPU İLƏ “YENİ MÜSAVAT” QƏZETİ ARASINDA BARIŞIQ ƏLDƏ OLUNDU

Next Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.