Bu gün Kütləvi İnformasiya Vasitələrinə dövlət dəstəyi konsepsiyasını hazırlayan işçi qrupun ilk iclası keçirilib.
İclasda KİV-in çapı və yayımı zamanı yaranan problemlər, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması və onların qarşısına çıxan problemlər üzrə müzakirələr aparılıb. Bu haqda RATİ-yə məlumat verən Mətbuat Şurasının sədri Əflatun Amaşov sənədlər kompleksinin iki hissədən ibarət olduğunu vurğulayıb. Birinci sənəddə KİV-ə dövlət dəstəyi konsepsiyası, ikinci sənəddə isə KİV-ə dövlət dəstəyi üzrə fəaliyyət proqramı öz əksini tapıb. Bu gün birinci sənədin müzakirə olunduğunu vurğulayan Ə.Amaşov bu sənədin həllinin öz əksini ikinci sənəddə tapacağını da qeyd edib. İclasda Mətbuat Şurasının üzvləri, hüquqşünas Əliməmməd Nuriyev, iqtisadçı Azər Mehdiyev və Prezident Aparatının nümayəndəsi iştirak edib.