ANS TV-NİN ƏMƏKDAŞLARI TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Dekabrın 10-da ANS TV-nin əməkdaşları peşə fəaliyyətlərini yerinə yetirərkən təzyiqə məruz qalıblar. Bu barədə “anspress.com” saytında məlumat yer alıb.


Məlumatda qeyd olunur ki, televiziyanın bölgə müxbiri Günel İsayeva və operator Rəşad Rəşidov redaksiya tərəfindən təsdiq olunmuş mövzunu işləyərkən məmur özbaşnalığı ilə qarşılaşıblar:
“Göyçay rayonunun Qarabaqqal kəndinin sakinləri kəndin  kənarına qanunsuz olaraq məişət tullantılarının  atılması barədə redaksiyaya şikayət etmişdilər. Vəziyyəti araşdırmaq məqsədilə sözügedən rayona yollandıq və ərazidə çəkilişlər apardıq. Məsələyə aydınlıq gətirməsi üçün Göyçay Rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Loğman Əliyevin mövqeyini öyrənməyə çalışdıq. Bizi otağında qəbul edən L. Əliyev  qapını bağlayıb, bizi nalayiq sözlərlə təhqir etməyə başladı. Bir neçə dəfə mənə və operator Rəşad Rəşidova əl atdı. Televiziyaya məxsus videokameranın obtektivini qopartdı”, – deyən  Günel İsayeva bununla bağlı Göyçay Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdiklərini bildirib.

Previous Post

ARAZ QULİYEVƏ QARŞI 5 YENİ İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB

Next Post

MÜAVİNƏTLƏRİN VERİLMƏSİNDƏKİ ÖLÇÜLƏRİN DƏYİŞDİRİLMƏSİ TƏKLİF EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.