SAKİT ZAHİDOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (05 fevral) Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə "Azadlıq" qəzetinin satirik yazarı Sakit Zahidovun (Mirzə Sakit) apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

İclasda Sakit Zahidovun vəkili İsaxan Aşurov, 10 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Sənan Məmmədov və 14 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Natiq Hacıyev iştirak edirdi.
İsaxan Aşurov bildirdi ki, Nəriman rayon məhkəməsinin hakimi Elşanə Vəliyevanın sədrliyi ilə 10 saylı cəzaçəkmə müəssisəsində keçirilən məhkəmə  prosesi qərəzli olub: “Bizə həmin prosesdə danışmağa imkan verilmədi. Ən əsası isə Sakit Zahidovun azadlığa buraxılmamağına onun məhkum olduğu iş üzrə cinayəti etiraf etməməyini səbəb göstərdilər”.
10 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Sənan Məmmdov isə çıxış edərək bildirdi ki, S. Zahidovun vaxtından əvvəl azad olunmamağının digər səbəbi  14 saylı cəzaçəkmə müəssisəsində olarkən daxili intizam qaydalarını pozmasıdır: “Sakit Zahidov 14 dəfə daxili intizam qaydalarını pozub və belə bir adamı vaxtından əvvəl azadlığa buraxmaq olmaz”.
14 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Natiq Hacıyev isə İsaxan Aşurovun “Sakit hansı intizam qaydalarını pozub?” sualına cavab olaraq bildirdi ki, o, tərəfimizdən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aclıq aksiyası keçirib.
Sonda hakim Rizvan Səfərov iddianın təmin olunmamağı barədə  qərar çıxartdı.
Onu da qeyd edək ki, RATİ əməkdaşlarının kamerası məhkəmənin giriş qapısında dayanan polislər tərəfindən alınıb və yalnız proses bitəndən sonra kamera geri qaytarılıb. Ümumilikdə isə prosesdə video və foto çəkilişin aparılmağına icazə verilməyib.
Xatırladaq ki, Sakit Zahidov 2006-cı il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

SMM-İN TƏSİSÇİSİ NAZİRLİYİ MƏHKƏMƏYƏ VERİB

Next Post

NAXÇIVANDA TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİSTDƏN İZAHAT ALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.