Müxalif qəzetin jurnalisti vəhşicəsinə döyülüb

ferahim_ilqaroglu

“Yeni Müsavat” qəzetinin reportyoru Fərahim İlqaroğlu aprelin 25-i səhər saat 10.30 radələrində gözlənilməz hücuma məruz qalıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

Jurnalist ona hücum edən şəxsi tanımadığını və hücumun maşınında olan videokamera tərəfindən qeydə alındığını bildirib.

 F.İlqaroğlu  onu da qeyd edib ki, hücuma məruz qalmasının səbəbini bilmir.

Qeyd edək ki, yayılan videolentdə məlum olur ki, hücum edən şəxslə yanaşı hadisə yerində  idmançı cüssəli və idman geyimində olan bir gənc də varkı  o davaya qarışmır, amma jurnalisti döyən şəxsə yaxınlaşaraq “daha bəsdir” mənası verən jestlə onu ayırıb aparır.

Previous Post

Apellyasiya məhkəməsi jurnalisti həbsdə saxladı

Next Post

Rafiq Tağının cinayət işi üzrə istintaqın dayandırılmasından verilən şikayət təmin edilməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.