Gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadənin Hüquqlarını Müdafiə Komitəsi gənclərin müdafiəsinə dəstək çağırışı ilə ABŞ konqresinə, Britaniya parlamentinə və Avropa İttifaqı ölkələrinə müraciət göndərib.
Bu barədə “Turan” informasiya agentliyi məlumat yayıb. Müraciətdə gənc fəalların saxta xuliqanlıq ittihamı ilə həbs edilməsi, onların həbsinə demokratiya problemləri və ölkədə baş alıb gedən korrupsiya ilə bağlı internetdə öz fikirlərini bildirmələrinin səbəb olduğu yer alıb. Emin Milli və Adnan Hacızadənin bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etmələrinə toxunulan müraciətdə beynəlxalq demokratik ictimaiyyətin nüfuzlu liderlərindən gənclərə köməklik göstərmələri xahiş olunub.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.