NOVRUZ MƏMMƏDOV GƏNCLƏRİN HƏBSİNİ “XULİQANLIQ HADİSƏSİ” ADLANDIRIB

Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Emin Milli və Adnan Hacızadənin həbsini xuliqanlıq hadisəsi kimi qiymətləndirib.

Bu barədə N.Məmmədov gənc bloqçuların azad edilməsi çağırışı ilə bağlı beynəlxalq aləmin çoxsaylı müraciətlərini şərh edərkən “Turan”a bildirib. “Bir xuliqanlıq baş verib və bir-iki aydan sonra onlar buraxılacaq. Amma belə işlər dünyada yüzlərlə olur, sadəcə olaraq onların bir neçəsi kimlərəsə lazım olanda siyasiləşdirilir. Sonra isə kimlərinsə marağına uyğun olaraq, dünyada süni olaraq mühüm hadisə kimi qələmə verirlər” – deyən Məmmədov vurğulayıb ki, bu məsələ qanunvericilik daxilində həllini tapacaq.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

JURNALİSTLƏR APELLYASİYA ŞİKAYƏTİ VERİBLƏR

Next Post

GƏNC BLOQÇULARIN AZAD OLUNMASI İLƏ BAĞLI MÜRACİƏT GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.