GƏNCLƏRİN HƏBSİ İLƏ BAĞLI ABŞ DÖVLƏT KATİBİNƏ MÜRACİƏT EDİLİB

ABŞ-ın Demokrat partiyasından olan konqresmen Ceyms Moran gənc fəallar “Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli (Abdullayev) və “Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadənin həbs olunması ilə  bağlı ABŞ dövlət katibi Hillari Klintona məktub ünvanlayıb. “Azadlıq” radiosunun  verdiyi  məlumata görə, məktubda  gənclərin  siyasi fikirlərinə görə həbs olunduqları,  Azərbaycanda hüquq sisteminin zəif olması, bu səbəbdən  gənclərin məhkəməsinin ədalətli keçməyəcəyindən yaranan narahatlıq  xanım Klintonun diqqətinə çatdırılıb.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.
Previous Post

HUMAN RIGHTS WATCH TƏŞKİLATININ NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜ İLƏ BAĞLI BAŞ PROKURORA VƏ ƏDLİYYƏ NAZİRİ

Next Post

FANAT.AZ SAYTINA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.