FANAT.AZ SAYTINA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (26 avqust) Nəsimi  rayon Məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun FANAT.AZidman saytının layihə rəhbəri Zahir Əzəmətə və saytın idman yazarı Natiq Muxtarlıya qarşı Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə cavabdeh tərəfdən  saytın idman yazarı N. Muxtarlı, saytın layihə rəhbəri Zahir Əzəmət və müdafiəçiləri Xalid Bağırov, iddiaçı tərəfdən isə vəkillər – Məzahir Niftəliyev və Azər Tağıyev iştirak edirdilər.
Prosesdə çıxış edən cavabdeh Zahir Əzəmət bildirdi ki, onun bu sayta və yazılan məqalələrə heç bir aidiyyəti yoxdur və buna görə də onun ittiham olunması düzgün deyil. Lakin iddiaçının nümayəndəsi Məzahir Niftəliyev bildirdi ki “FANAT.AZ mətbuat orqanadır və Zahir Əzəməti bu KİV-in idarəçisi və rəhbəri hesab edirlər.  
Daha sonra iddiaya səbəb olmuş məqalələrlə bağlı 4 epizod üzrə araşdırma aparıldı və tərəflərin sual-cavabları dinlənildi. İddiaçı tərəfin nümayəndələri məqalələrdə Mais Mənsimovun şərəf və ləyaqətinin təhqir olunduğunu və ona böhtan atıldığını iddia etdilər. Natiq Muxtarlı iddiaya səbəb olmuş məqalələrin müəllifi olduğunu təsdiq edərək bildirdi ki, o, öz yazılarında hər hansı təhqir və böhtana yol verməyib: “Hesab edirəm ki, mənim yazılarımda hər hansı bir təhqir və böhtan yoxdur, həmçinin eyni mövzularda məndən öncə bir neçə mətbuat orqanında məlumatlar yer alıb. Həmin yazılarla bağlı isə klub rəhbərliyi təkzib verməyib” – deyərək, əvvəllər digər qəzetlərdə dərc olunan məqalələrin surətlərini sübut kimi məhkəməyə təqdim etdi.
Hakim saytın sahibini müəyyənləşdirmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə sorğu göndərilməsi ilə bağlı iddiaçı tərəfin vəsatətini təmin edərək, prosesi 27 avqust saat 17:00-dək prosesə təyin etdi.
Xatırladaq ki,  Mais Məsimov Natiq Muxtarlının “FANAT.AZ” idman saytında yerləşdirilmiş köşə yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək, Zahir Əzəmət və Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.

Previous Post

GƏNCLƏRİN HƏBSİ İLƏ BAĞLI ABŞ DÖVLƏT KATİBİNƏ MÜRACİƏT EDİLİB

Next Post

MƏHKƏMƏ DEPUTATIN MÜSADİRƏ OLUNMUŞ 271 MANATINI GERİ QAYTARDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.