HUMAN RIGHTS WATCH TƏŞKİLATININ NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜ İLƏ BAĞLI BAŞ PROKURORA VƏ ƏDLİYYƏ NAZİRİ

21 Avqust 2009
Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova
Surəti: Ədliyyə Naziri Fikrət Məmmədova

Mən yazıb sizə bildirirəm ki, həbsxanada dünyasını dəyişmiş “Tolışi-sədo” qəzetinin baş redaktoru  Novruzəli Məmmədovun ölümü ilə bağlı xəbər bizi   dərindən sarsıtdı və sizi Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq jurnalistin ölümü ilə bağlı tam,  qərəzsiz, dərhal, şəffaf tədqiqat aparılmasına çağırırıq. İnsan Haqlarının Avropa Konvensiyasının bir tərəfdaşı kimi, həbsxanada saxlanılanların ölümü ilə bağlı hadisələrə qənaətbəxş və inandırıcı açıqlamalar vermək Azərbaycan hökümətinin borcudur. Avqustun 17-də həbsxanada  dünyasını dəyişmiş “Tolışi-Sədo” qəzetinin baş redaktoru, 68 yaşlı  Novruzəli Məmmədov görünür ürək çatışmazlığından vəfat etmişdir. Baxmayaraq ki, Novruzəli Məmmədovun ölümü ilə bağlı rəsmi məlumatlar ictimaiyyətə bildirilməyib, yerli qruplar və jurnalistin vəkili iddia edirlər ki,  həbsxana şəraitində jurnalistin səhhəti sürətlə pisləşib və Azərbaycanın İnsan Haqlarının Avropa Konvensiyası öhdəliklərində tələb olunduğu kimi, Novruzəli Məmmədova lazımı standartlara uyğun yüksək səviyyəli müalicə göstərilməyib. Məlumata əsasən, 2009-cu ilin yanvarında Novruzəli Məmmədovun  səhhəti 15№-li həbsxanada “karser”ə köçürüldükdən sonra  pisləşməyə başlayıb.
2009-cu ilin mart ayında məhkəməsi Məmmədovun tibbi müalicə ilə təmin olunması üçün xəstəxanaya köçürülməsi ilə bağlı qərar çıxarsa da, bu, beş aydan sonra baş tutdu. İyulun 28-də Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin  Mərkəzi Xəstəxanasına yerləşdirildi. Beynəlxalq və yerli təşkilatların Məmmədovun mülki xəstəxanaya köçürülməsi ilə çağırışlarına baxmayaraq, səhhəti pisləşməkdə davam edən jurnalist Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında saxlanılırdı.  Verilən məlumatlara əsasən, Məmmədov yüksək qan təzyiqi, bronxit, nevrit və prostat vəzinin şişi daxil olmaqla bir neçə xəstəlikdən əziyyət çəkirdi. Azərbaycan hökuməti həbsxana şəraitində baş verən hər bir ölümlə bağlı təcili və effektiv tədqiqat aparmağa borcludur.
Bu öhdəlik əsasən həbsxanada olan şəxslərlə bağlı olan yaşamaq hüququnu (İnsan Haqları üzrə Avropa Konvensiyasının 2-ci maddəsi) qorumaq üçün tələbə əsaslanır. 2-ci maddə yaşamaq hüququnun qoruyan qanunu  davamlı olaraq təmin edən təşkilatlar  haqqında müsbət öhdəliklər  və həbsxanada baş verən ölüm hadisələrinin araşdırılması ilə bağlı ciddi tələblər təyin edir.
Avropa Konvensiyasına əsasən, həbsxana şəraitində ölüm hadisəsi baş verən zaman səlahiyyətli şəxslər ölümə səbəb olan hadisələrlə bağlı düzgün və inandırıcı sübuta əsaslanan məlumatlar verməyə borcludurlar.
Bundan əlavə, İnsan Haqları üzrə Avropa Konvensiyasının 2-ci maddəsinin  tələblərini təmin edən tədqiqat müstəqil, qərəzsiz və ictimai araşdırma üçün açıq olmalıdır.
Konvensiya aydınlaşdırıb ki, təhqiqata ictimai nəzarət, yaxud onun nəticələri hesabatlılığı təmin etmək üçün vacibdir və mərhumun qanuni maraqlarını təmin etmək üçün, onun yaxın qohumu lazımi qədər bu prosesdə iştirak etməlidir.
Human Rights Watch daxil olmaqla, bir sıra təşkilatlar Novruzəli Məmmədovun həbsi ilə bağlı narahatlıqlarını bildirib. Novruzəli Məmmədov 2007–ci ilin fevral ayında həbsə müqavimət göstərməkdə ittiham olunub. Daha sonra Məmmədov vətənə xəyanətdə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsi tərəfindən 2008–ci ilin iyun ayında 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmələr qapalı keçirildiyi üçün və Məmmədova qarşı dəlillərə ictimaiyyətdə aydınlıq gətirilmədiyi üçün beynəlxalq və yerli təşkilatlar hesab edirdilər ki, ittiham sifarişlidir. N.Məmmədovun həbsindən sonra həftədə iki dəfə nəşr olunan “Talışı Sədo” qəzeti bağlandı. Biz ümid edirik ki, siz həbsxanada dünyasının dəyişmiş N.Məmmədovun ölümü ilə bağlı qərəzsiz, tam, tez və şəffaf araşdırma aparılması üçün əlinizdən gələni edəcəksiniz.
Bu məsələ ilə  bağlı diqqətinizə görə sizə təşəkkürümüzü  bildiririk.   
 
Hörmətlə
Holly Cartner
İcraçi Direktor
Avropa və Mərkəzi Asiya Şöbəsi  

Previous Post

PENİTENSİAR XİDMƏT BAŞ REDAKTORUN ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA YAYIB

Next Post

GƏNCLƏRİN HƏBSİ İLƏ BAĞLI ABŞ DÖVLƏT KATİBİNƏ MÜRACİƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.