AZƏRBAYCAN HÜQUQŞÜNASLAR FORUMUNUN ŞİKAYƏTİNƏ ALİ MƏHKƏMƏNİN PLENUMUNDA BAXILIB

Bu gün (29 oktyabr) Ali Məhkəmənin Plenumunda “Azərbaycan Hüquqşünasları Forumu”nun qanunsuz olaraq qeydiyyata alınmaması ilə bağlı Avropa Məhkəməsinin Azərbaycana qarşı birləşmək hüququnun pozuntusunun tanıdığı qərarda yeni açılmış hal üzrə baxılmasının 4 aya yaxın gecikdirilməsi və kobud surətdə qanun pozuntusuna yol verilməsi ilə əlaqədar işə baxılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, “Azərbaycan Hüquqşünasları Forumunun təsisçilərindən biri İntiqam Əliyev məlumat verib. Onun sözlərinə görə, Ali Məhkəmənin Plenum iclasında işin apellyasiya məhkəməsinə göndərilməsinə qərar verilib. İ.Əliyev onu da əlavə etdi ki, ictimaiyyət nümayəndələri iclasa buraxılmayıb.

     2004-cü  ilin mart ayında AHF-nin təsisçilərindən bir qrupu (İntiqam Əliyev, Əyyub Kərimov, Vidadi Mirkamal, Ənnağı Hacıbəyli, Namizəd Səfərov, Rəşid Hacılı, Əlövsət Əliyev, Şahbaz Xuduoğlu, Fərman Hüseynov və Akif Əlizadə) İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (Konvensiya) 11-ci maddəsi ilə təminat verilən birləşmək hüququnun pozuntusu ilə bağlı Yasamal rayon məhkəməsinə şikayət veriblər. Əvvəlcə Yasamal rayon məhkəməsi (hakim Svetlana İsmayılova), sonra isə Apellyasiya Məhkəməsi (hakimlər İsmayıl Vəliyev, İlqar Dəmirov və Tatyana Qoldman) və Ali Məhkəmə (hakimlər Günəş Xudaverdiyeva, Bağır Əsədov və Əsəd Mirzəliyev) Ədliyyə Nazirliyinin qanunsuzluğuna haqq qazandıran qərarlar çıxarıblar. Ərizəçilərin Ali Məhkəmənin Plenumuna şikayəti də bir nəticə verməyib: Ali Məhkəmənin Sədri R.Rzayev hüquqşünaslara bildirib ki, bu iş üzrə məhkəmələrin qərarları qanunidir.

     Hüquqşünaslar ölkədaxili müdafiə vasitələrini tükəndirdikdən sonra 26 iyul 2005-ci ildə Avropa Məhkəməsinə şikayət göndəriblər. Həmin Məhkəmə 12 dekabr 2008-ci il tarixli qərarla Ərizəçilərin Konvensiyanın 11-ci maddəsi ilə təminat verilən birləşmək hüququnun pozuntusu barədə qərar çıxarıb.

Previous Post

“MÜXALİFƏT”ÇİLƏRİN İŞİ APELLYASİYA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Next Post

ƏDLİYYƏ NAZİRLİYİ RATİ-DƏ YOXLAMALARA BAŞLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.