“MÜXALİFƏT”ÇİLƏRİN İŞİ APELLYASİYA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Bu gün (29 oktyabr) Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərar əsasında “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli (Mahmudov) və qəzetin əməkdaşı Yaşar Ağazadənin işinə yeni hallar üzrə baxılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Yaşar Ağazadə məlumat verib. Y.Ağazadə bildirib ki, Plenumda  onların 5 ay azadlıqdan məhrum edilməsi ilə bağlı çıxarılmış qərarın ləğv olunması və işin Apellyasiya məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul olunub.

Xatırladaq ki, “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə adıçəkilən qəzetdə "Azərbaycanda taxıl mafiyası" sərlövhəli məqaləyə görə millət vəkili Cəlal Əliyev tərəfindən məhkəməyə verilmişdi. Yasamal rayon məhkəməsi 20 may 2003-cü il tarixli hökmü ilə hər iki jurnalisti Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə cinayət törətməkdə təqsirli bilərək, 5 ay müddətinə azadlıqdan məhrum etmişdi. Lakin məhkəmə Milli Məclisin həmin dövrdə qəbul etdiyi Amnistiya Aktını tətbiq edərək Rövşən Mahmudovu və Yaşar Ağazadəni təyin olunmuş cəzadan azad etmişdi.
 

Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

AZƏRBAYCAN HÜQUQŞÜNASLAR FORUMUNUN ŞİKAYƏTİNƏ ALİ MƏHKƏMƏNİN PLENUMUNDA BAXILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.