TƏHSİL ÜZRƏ EKSPERTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (27 sentyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Hilal Xəlilov təhsil üzrə ekspert Əlövsət Osmanlının  apellyasiya şikayətinin təmin edilməməyi və Nəsimi rayon Məhkəməsinin 2 iyun 2010-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etdi.

Ə. Osmanlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  hakimin bu qərarından kassasiya şikayəti verəcəyini  bildirdi.
Qeyd edək ki, Nəsimi rayon məhkəməsinin 2 iyun tarixli qərarı ilə Təhsil Problemləri İnstitutunun iddiası   qismən təmin edilmişdi. Cavabdehin “Azadlıq” qəzetinin növbəti sayında təkzib verilərək üzr istəməsini təmin edilsə də,  iddiaçının 50 000 manat mənəvi təzminat tələbinin isə təmin edilməmişdi.
Xatırladaq ki, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov “Azadlıq” qəzetinin 2 fevral 2010-cu il tarixli sayında gedən “Mərdanovun qaragüruhçuları” adlı məqalədə özünün işgüzar nüfuzuna xələl gətirən fikirlər olduğunu bildirərək, cavabdehin təkzib etməklə, institut  və əməkdaşlarından üzr istəməsini və işgüzar nüfuzuna vurulmuş zərərə görə 50 000 manat təzminat ödəməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.

Previous Post

VƏTƏNDAŞ YAZDIĞI ƏRİZƏYƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİLİB

Next Post

KİV-ə DÖVLƏT DƏSTƏYİ FONDU RƏHBƏRİNİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.