“QANUN” NƏŞRİYYATI VƏ MÜSTƏQİL JURNALİST QABİL ZİMİSTANOĞLU MƏHKƏMƏYƏ VERİLİB

Bu gün (25 noyabr) Səbail Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə Aşıq Ələsgərin  nəvəsi və tədqiqatçısı İslam Ələsgərin müstəqil jurnalist Qabil  Zimistanoğluna (Abdullayev) və “Qanun” nəşriyyatına qarşı iddiasına əsasən hazırlıq iclası keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Qabil Zimistanoğlu məlumat verib.

O, bildirdi ki, iddiaçı onları əsassız olaraq müəlliflik hüququnu pozmaqda günahlandırır və buna görə də, iddiaya etiraz ərizəsini hakimə təqdim edib.

 “Çap etdirdiyim kitabdakı şeirlərin hamısı başqa yaradıcı şəxsin deyil, məhz Aşıq Ələsgərin şeirləri kimi çap olunub. Ona görə də burada müəllif hüququ kimi İslam Ələsgərdən deyil, Aşıq Ələsgərdən söhbət gedə bilər. Mən də 1972-ci ildə çap olunmuş “Aşıq Ələsgər” kitabının I–II cildlərindəki şeirlərdən istifadə etmişəm” deyən Q.Zimistanoğlu bildirdi ki, proses 7 dekabr saat 15.00-a təyin edilib.
 Xatırladaq ki, iddiaçı Qabil Zimistanoğlunun tərtib etdiyi və “Qanun” nəşriyyatında çap edilmiş “Aşıq Ələsgər. Bütün əsərləri”  adlı kitabın nəşri nəticəsində müəlliflik hüquqlarının pozulduğunu iddia edərək, cavabdehlərin hər birindən 10.000 (on min) manat təzminat ödəməsini iddia edir.

Previous Post

“HÜRRİYYƏT QƏZETİNİN REDAKTORUNUN OĞLUNUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB

Next Post

NAZİRİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN PROSES KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.