BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ APRELİN 28 -DƏ DAVAM EDƏCƏK

Aprelin 21-də  Gəncə şəhər Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə təyin olunan məhkəmə prosesi baş tutmayıb. Bu barədə bu gün  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Bəxtiyar Hacıyevin  vəkili   Elçin Namazov  məlumat verib.

    Vəkilin sözlərinə görə, prosesin keçirilməməsinin səbəbi müdafiə tərəfi olaraq,  iş üzrə bir sıra sənədlərin, vəsatətlərin  hazırlanması və bu səbəbdən də müdafiə tərəfin prosesdə iştirak edə bilməməsidir. Məhkəmə prosesi də aprelin 28-də saat 11:00-da keçiriləcək.

          Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq mühafizə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub. 

Previous Post

NEFT AKADEMİYASINDAN QOVULMUŞ TƏLƏBƏNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

BAŞ REDAKTORUN HƏBSDƏ ÖLMƏSİ FAKTI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.