ELMAR HÜSEYNOVUN İŞİ İLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT OLUNUB

“Monitor” jurnalının baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun qətlinin üstünün açılmamağı ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib. Bu barədə mərhum jurnalistin atası Sabir Hüseynova istinadən bu gün (21 may) “Yeni Müsavat” qəzeti məlumat dərc edib. S.Hüseynovun bildirdiyinə görə, jurnalistin qətlə yetirilməsinin üstündən dörd il ötsə də, qatillər hələ azadlıqdadır.

”Qətl günü Daxili İşlər Naziri (DİN) və Baş Prokuror prezident İlham Əliyevin tapşırığına əsasən bu cinayət işinin açılacağına söz vermişdilər. Ancaq bu elə söz olaraq da qaldı. BU səbəbdən Elmanın həyat yoldaşı Rüşaniyyə bu işi ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Avropa Məhkəməsi də Azərbaycana müəyyən suallar göndərib. Bu sualların cavabı Azərbaycanda ləngidilir”, – deyə mərhum Avropa Məhkəməsinə şikayətin detalları barədə daha ətraflı məlumat almaq məqsədilə S. Hüseynovla  telefon əlaqəsi yaratmağa cəhd etsək də, bu cəhdimiz baş tutmadı.
 Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru, mərhum jurnalist Elmar Hüseynov 2005-ci il mart ayının 2-də axşam işdən evə dönərkən yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Mərhum jurnalist Azərbaycanda ən çox tirajı olan tənqidçi “Monitor” jurnalının təsisçisi və baş redaktoru idi. 
Previous Post

MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏSİ ŞAHİDLƏRİN DİNDİRİLMƏSİ İLƏ DAVAM EDİB

Next Post

“DİFFAMASİYA HAQQINDA” QANUNUN QƏBUL EDİLMƏSİ ÜÇÜN MİLLİ MƏCLİSƏ MÜRACİƏTLƏR OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.