Bu gün (21 may) Abşeron rayon Məhkəməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin (CM) 127, (Qəsdən sağlamlığa az ağır zərər vurma)128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirildi.
Prosesdə təqsirləndirilən şəxs Mahal İsmayıloğlu, onun hüquqlarını müdafiə edən şəxslər – “Media Hüquqları İnstitutu”nun vəkili Elçin Sadıqov, zərərçəkmiş şəxs qismində Nəsibə Səfərova, onun vəkili Novruz Əliyev və dövlət ittihamçısı Tofiq Süleymanoğlu iştirak edirdilər. Bu günkü prosesdə zərərçəkmiş N. Səfərovanın az yaşlı qızı Könül Süleymanova, M.İsmayıloğlunun həyat yoldaşı Səfurə Sadıqova şahid qismində dindirildi.
Vəkil E.Sadıqov vəsatətlə çıxış edərək M.İsmayıloğlunun və onun həyat yoldaşının 3 iyuldan 22 iyun tarixinədək telefon danışıqlarını “Bakcell”dən lakalizasiya edilməsini, şahidlərin məcburi məhkəməyə gətirilməsini istədi.
Hakim Ş.Abbasov hər iki vəsatəti təmin etdi. İş vaxtı bitdiyindən hakim növbəti məhkəmə prosesini 4 iyun 2009-cu il, saat 16:00-a kimi təxirə saldı.
Xatırladaq ki, M. İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Bu səbəbdən M. İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb.