İDDİA ƏRİZƏSİ YENİDƏN MƏHKƏMƏYƏ TƏQDİM EDİLƏCƏK

Bu gün Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi İlham Həsənovun sədrliyi ilə “Yüksəliş naminə” qəzetinin Sumqayıt Prokurorluğuna qarşı qaldırdığı iddia əsasında çıxarılmış qərardan verilən şikayət üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Hakim iddia ərizəsində olan iddiaların ayrı-ayrı ərizələrlə təqdim olunmasını tələb edib. İddia ərizəsinin düzgün tərtib edilmədiyini əsas tutan hakim işin icraata götürülməməsi haqqında qərar çıxarıb. Bununla da Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qəzetin əməkdaşı Elçin Həsənov RATİ-yə bildirib ki, “iddia ərizəsində düzəlişlər aparılandan sonra yenidən Apellyasiya məhkəməsinə müraciət ediləcək”.
 Xatırladaq ki, "Yüksəliş naminə" qəzetinin baş redaktoru Elçin Məmməd və qəzetin əməkdaşı Elçin Həsənov iyun ayının 27-də Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov və prorektoru Məmməd Əhmədov tərəfindən fiziki zorakılıq və təhqirlərə məruz qalmışdılar. Bununla bağlı onlar Sumqayıt Şəhər Prokurorluğuna müraciət etmişdilər. Lakin prokurorluq işi üç ay gecikdirdikdən sonra 2007-ci il sentyabr ayında cavab məktubu göndərmişdir. Məktubda bildirilirdi ki,  ərizədə göstərilənlər müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilir. Bundan sonra bir neçə dəfə təkrarən prokurorluğa müraciət edilsə də, müraciətlərə heç bir  cavab verilməmişdi. Buna görə də jurnalistlər prokurorluğu məhkəməyə vermişdilər. İddia ərizəsində Sumqayıt şəhər prokurorluğunun 20000 manat məbləğində cərimə olunması və prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxardığı qərarın verilməsi xahiş edilirdi. Sumqayıt Şəhər Məhkəməsi iddia ərizəsinin düzgün tərtib edilmədiyini əsas gətirərək, işi icraata götürməkdən imtina etmişdi. Buna görə də Apellyasiya Məhkəməsinə müraciət olunmuşdu.  

Previous Post

MƏHKƏMƏ QƏZETƏ QARŞI ŞİKAYTƏTİ İCRAATA GÖTÜRMƏDİ

Next Post

BƏYANAT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.