NAZİR TELEKOMMUNİKASİYA SAHƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏRDƏN DANIŞIB

yanvar 17th, 2008
 “APA”-nın məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Azərbaycanın milli süni peykinin  2009-cu iin sonu 2010-cu ilin əvvəlində orbitə çıxarıla biləcəyini qeyd edib .

Nazir Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ)  peykin orbitə buraxılması üçün Azərbaycana lisenziyanın veriləcəyinin 2009-cu ildə gözlənildiyini söyləyib. Və qeyd edib ki, “lisenziya verilənə qədər milli peykin layihəsi hazırlana bilər. Peykin buraxılma prosesini sürətləndirmək və digər məsələlərlə bağlı Azərbaycanın nümayəndəsi BTİ-də 6 ay çalışacaq. RİTN-nin informasiya cəmiyyətinin inkişafı şöbəsinin baş məsləhətçisi İlahə Rzayeva  müvəqqəti olaraq Azərbaycanı təşkilatda təmsil edəcək”.

     Əli Abbasov Azərbaycan Telekomunikasiya sahəsində “Əsrin Müqaviləsi” təşəbbüsünün ola biləcəyi haqda “Trend”ə məlumat verib. Nazir bidirib ki, “biz informasiya boşluqlarının doldurulması üçün, Şərqi Avropadan Cənub- Şərqi Asiyayadək yüksəksürətli şəbəkənin çəkilməsi üzrə layihənin təşəbbüsü kimi çıxış etmişik”. Nazirin sözlərinə görə, bir sıra ölkələr bu layihəni bəyəniblər. Həmin ölkələrin nümayəndələri ilə görüşməyi planlaşdıran nazir layihənin reallaşması üçün Konsersium yaradılmasının mümkünlüyünü də vurğulayıb.