Jurnalistin apellyasiya şikayəti təmin edilmədi

483689_10200792687362394_917677259_n
Mayın 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsinin  12 mart 2013-cü il tarixli qərarından verilən apellyasiya şikayətinə əsasən  məhkəmə prosesi keçirilib.
Məhkəmədə çıxış edən  Əvəz Zeynallı ona qarşı irəli sürülmüş bütün ittihamların  siyasi sifarişlə irəli sürüldüyünü və əsassız olduğunu bildirib. Baş redaktor bəraət verilərək dərhal azad olunmağını məhkəmədən  tələb etdi.
Daha sonra Zeynallının vəkili Elçin Sadıqov çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsə  qarşı irəli sürülmüş saxta ittihamların sübuta yetirilmədiyini əsas gətirərək, ona  bəraat verilməsini istəyib.
Qarşılıqlı apellyasiya şikayəti vermiş Vergilər Nazirliyinin nümayəndəsi çıxışında   Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əvəz Zeynallının vergi borcunun 7.000 manatdan 4076 manata endirilməsi ilə bağlı hissənin ləğv edilməsini və borcun 7.000 manat hesablanmasını istədi.
Dövlət ittihamçısı çıxışında apellyasiya şikayətinin təmin edilməməsini və  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.
Qısa sürən müşavirədən sonra hakim Ə. Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün qüvvədə qalması barədə qərarını elan etdi.
Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsi 12 mart 2013-cü il tarixində jurnalistin 9 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

 

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

İcra başçısı xəbər portalından 100 min manat istəyir

Next Post

Dindar Blogger narkotik ittihamı ilə həbs edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.