Dindar Blogger narkotik ittihamı ilə həbs edilib

486634_498355883534449_559866860_n
Mayın 10-da dindar blogger Rəşad Həqiqət Ağaaddin narkotik ittihamı ilə saxlanılıb. Bu barədə bu gün (14 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil Aslan İsmayılov məlumat verib. Vəkil A. İsmayılovun sözlərinə görə, Rəşad Həqiqət Ağaaddin hal-hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində  saxlanılır.
RATİ məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə əlaqə saxlayıb. Sözügedən idarədən bu barədə hər hansı məlumata malik olmadıqlarını deyərək, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyyə etdilər.
RATİ-nin DİN-nin mətbuat xidmətinə dəfələrlə edilən zəngləri nəticəsiz qalıb.
Qeyd edək ki, Rəşad Həqiqət Ağaaddinin (Rashad Heqiqet Ağaaddin) rəsmi facebook səhifəsində (https://www.facebook.com/HAQQINqulu777) hazırkı hakimiyyəti sərt tənqid edən məqalə və statuslar əsas yeri tutur və onlarda azadlıq və ədalət mövzuları müəllif tərəfindən sərt mövqedə  əks olunub.
Previous Post

Jurnalistin apellyasiya şikayəti təmin edilmədi

Next Post

Dövlət ittihamçısı Baş redaktora 5 il həs cəzası verilməsini istəyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.