Apellyasiya məhkəməsi də jurnalistin şikayətini təmin etməyib

566A4E20-FA7C-42BF-8338-F8FAD6C1546D_w640_r1_s

Noyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın “İki sahil” qəzetinə qarşı şərəf, ləyaqət və nüfuzun müdafiəsinə dair iddiasının rədd edilməsi ilə Bağlı Yasamal rayon məhkəməsinin qərarından  verilmiş apellyasiya şikayətinə baxılıb. Bu barədə bu gün(07 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) jurnalistin özü məlumat verib.

 X. İsmayılova bildirib ki, Apellyasiya məhkəməsi Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı və bu qərardan kassasiya şikayəti verəcək.

Xatırladaq ki,  Xədicə İsmayılova ilə “İki sahil” arasındakı məhkəmə mübahisəsi qəzetin 15 mart 2012-ci il sayında dərc olunmuş “Xədicənin suçu nə?” sərlövhəli məqalə ilə bağlıdır. Həmin məqalədəki ifadələrin nüfuzuna, şərəf və ləyaqətinə, şəxsi və ailə həyatına hörmət hüququna zərər vurduğunu iddia edən Xədicə İsmayılova Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. Jurnalist şərəf və ləyaqətinə, şəxsi həyata hörmət hüququna, ifadə azadlığı hüququna müdaxiləni tanınmasını, “İki sahil” qəzetinin üzərinə 2 min manat təzminat ödəmək, iddiaçıdan üzr istəmək, təkzib vermək vəzifəsi qoyan qətnamə qəbul edilməsini istəyib.Yasamal məhkəməsi 2013-cü ilin martında jurnalistin şikayətini rədd edib.

Previous Post

Tağı Əhmədov “Azadlıq” qəzetinin cəriməni dərhal ödəməsini istəyir

Next Post

Pərviz Həşimlinin həbs müddəti daha üç ay uzadılıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.