Pərviz Həşimlinin həbs müddəti daha üç ay uzadılıb

398327_525389854153700_112437647_n

Noyabrın 7-də Səbail rayon məhkəməsində “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.azsaytının rəhbəri Pərviz Həşimlinin işi üzrə qapalı məhkəmə iclası keçirilib. P.Həşimli və işdə adı keçən digər şəxs maskalı şəxslər tərəfindən məhkəməyə gətirilib. Ailə üzvlərinin çoxsaylı xahişlərinə və cəhdlərinə baxmayaraq ona yaxınları ilə görüşmək imkanı verilməyib. Jurnalist Ombudsmanı onun işi ilə maraqlanmamaqda, məhkəməyə gəlməməkdə qınayıb. Qapalı prosesdən sonra Pərviz Həşimlinin vəkili Elçin Sadıqov bildirib ki, onlar P.Həşimlinin evində axtarış və götürmə istintaq hərəkətləri aparılarkən yol verilmiş kobud pozuntulardan şikayət ediblər. Müdafiə tərəfi bu hərəkətlərin yeganə şahidi olan P.Həşimlinin həyat yoldaşının dindirilməsi barədə vəsatət verib. Hakim əvvəlcə razılıq versə də, prokuror və müstəntiqin etirazından sonra qərarından imtina edib, vəsatəti rədd edib. Axtarış və baxış protokollarının surəti barədə vəsatət də təmin edilməyib. Eyni zamanda məhkəmə zamanı P.Həşimlinin həbs müddətinin üç ay uzadılmasına dair istintaq orqanının vəsatət və təqdimatına baxılaraq təmin edilib. Məhkəmə P.Həşimlinin daha üç ay  da həbsdə qalmasına qərar verib. Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi   Pərviz Həşimli barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib.

Previous Post

Apellyasiya məhkəməsi də jurnalistin şikayətini təmin etməyib

Next Post

Nəşriyyat Azadlıq qəzetinin çapını dayandırıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.