APELLYASİYA MƏHKƏMƏSİ DƏ QƏNİMƏT ZAHİDİN İDDİASINI TƏMİN ETMƏDİ

Dünən (14 yanvar) Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin (Zahidov) məhv edilmiş əlyazmaları ilə bağlı yekun məhkəmə prosesi keçirilib.

Bu barədə RATİ-yə məlumat verən Q. Zahidin vəkili Fariz Namazovun sözlərinə görə, o,  prosesdə bir neçə vəsatətlə çıxış edib. O, 1 saylı Bayıl İstintaq Təcridxanasının  rəisi Misir Əliyevin və Qənimət Zahidlə bir kamerada saxlanılan məhbusların məhkəmə iclasına şahid qismində gətirilməsini tələb edib. Lakin bu vəsatətlərdən heç biri  təmin olunmayıb.
Sonda isə hakim apellyasiya şikayətinin təmin edilmədiyini və Səbail rayon  Məhkəməsinin qərarının qüvvədə saxlanıldığını elan edib. Vəkilin sözlərinə görə, qətnaməni 10 gün ərzində alacaqlar və Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.
Xatırladaq ki, Q. Zahid 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanıldığı zaman Azərbaycanın müasir tarixinə dair 300 səhifədən ibarət kitab yazmışdı. Kitabın əlyazmaları təcridxananın rəisi Misir Əliyev tərəfindən oxumaq adı ilə müəllifdən alınmışdı. Daha sonra isə M. Əliyev əlyazmalarda sabiq prezident  Heydər Əliyev və hazırkı prezident İlham Əliyevin əleyhinə məlumatların əks olunduğunu  əsas gətirərək kitabı  məhv etdiklərini bildirmişdi.
Previous Post

İSMAYIL HÜSEYNOV VƏ ONUN AİLƏ ÜZVLƏRİNİN HARADA OLDUĞU BƏLLİ OLDU

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ ANS-İN İDDİASINI TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.