APELLYASİYA MƏHKƏMƏSİ ANS-İN İDDİASINI TƏMİN ETMƏDİ

Dünən (14 yanvar) Apellyasiya Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə ANS Şirkətlər Qrupu "Yeni Müsavat" qəzetinə qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə  RATİ-yə  “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy məlumat verib. E.Paşasoyun sözlərinə görə,  Apellyasiya Məhkəməsi  ANS-in iddiasını təmin etməyərək  Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, iddiaya "Yeni Müsavat" qəzetinin 13 may 2008-ci il tarixli sayında dərc olunmuş "Hərbi nazir aparat rəhbərinə qarşı" başlıqlı məqalə səbəb olub. Məqalədə qeyd olunub ki,  "müdafiəmizin başındakı adamla özəl telekanal arasındakı "dadlı" əlaqələr siyasi dirəniş mərkəzinə çevrilməkdədir. Burada televiziyaya yaxın şirkətin istehsalı olan "Dadlılar" makaronu da rol oynayır. Bu makaron ordunun şəxsi heyəti, o cümlədən hərbi məktəblərin müdavimlərinin qida rasionuna daxildir".  ANS bu fikirləri  işgüzar nüfuzuna xələl gətirən və yalan informasiya hesab edərək Binəqədi rayon Məhkəməsində qəzetə qarşı iddia qaldırıb və dəymiş mənəvi zərərə görə  “Yeni Müsavat” qəzetinin   60 min AZN məbləğində təzminat ödəməsini tələb edib. Binəqədi rayon Məhkəməsi isə bu iddianı təmin etməmişdi.
Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ DƏ QƏNİMƏT ZAHİDİN İDDİASINI TƏMİN ETMƏDİ

Next Post

“AZƏRBAYCANFİLM” KİNOREJİSSORLAR GİLDİYASI İLƏ BİRLİKDƏ İTV-Nİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.