İSMAYIL HÜSEYNOV VƏ ONUN AİLƏ ÜZVLƏRİNİN HARADA OLDUĞU BƏLLİ OLDU

Polis özbaşınalıqlarından şikayət etdiyi üçün Ruhi Xəstəliklər Dispanserinə yatırılan I qrup gözdən əlil  Hüseynov İsmayıl Süleyman oğlunun və ailə üzvlərinin harada olduğu bəlli oldu.

İ. Hüseynov Ruhi Xəstəliklər Dispanserindən çıxarılaraq məcburi qaydada Bakıda yaşayan oğlu ilə birlikdə Bakı şəhərinə göndərilib. Həyat yoldaşı Xanımzər Hüseynova və oğlu  Elvin Həsənov isə ev dustağı edilib. E. Həsənovun mobil telefonu əlindən alınıb və ev telefonları xətdən ayrılıb. Onlara polis nəzarət edir. Həsənovlara evdən  çıxmaq və kiminləsə  əlaqə saxlamaq yasaq edilib. Bunları RATİ-nin Naxçıvandakı müxbirinə X. Hüseynovanın qardaşı Məhərrəm İsmayılov bildirib.
Xatırladaq ki, 24 dekabr 2008-ci il tarixində bir qrup gənc əsassız olaraq (http://www.nakhchivan.org.az/content/view/762/28/lang,az/) Sədərək rayon Polis Şöbəsinə aparılaraq səhərə qədər orada saxlanılmışdı. Polis Şöbəsində  gənclərə qarşı  fiziki, mənəvi və psixoloji təzyiqlər edildiyi üçün onların  valideynləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası prezidentinə şikayət (http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,175/id,1755/lang,az/)  ərizəsi yazıblar.
Digər ərizəçi valideynlər – Vəliyev İbrahim və həyat yoldaşı Vəliyeva Türkan isə yanvarın 12-də Sədərək rayon Polis Şöbəsinə aparılıb. Hazırda onlar haqqında heç bir məlumat verilmir.
Previous Post

ZAMİN HACININ VƏKİLİ PROKURORLUĞA VƏSATƏT VERİB

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ DƏ QƏNİMƏT ZAHİDİN İDDİASINI TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.