APELLYASİYA MƏHKƏMƏSİ İNTİQAM ƏLİYEVİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Dünən (20 iyul) Bakı Apellyasiya Məhkəməsi hakim İsmayıl Vəliyevin sədrliyi ilə Şəki Şəhər Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimovun cavabdehlər Hüquq Maarifçiliyi Cəmiyyətinə (HMC), həmin təşkilatın rəhbəri İntiqam Əliyevə və hüquqşünası Nurlana Əliyevaya qarşı şərəf və ləyaqətin müdafiəsinə dair iddiası üzrə Nəsimi rayon məhkəməsinin 30 aprel 2009-cu il tarixli qətnaməsindən cavabdehlərin verdiyi apellyasiya şikayəti üzrə qərar açıqlanıb. HMC-nin yaydığı məlumatda bildirilir ki, Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.

Xatırladaq ki, cavabdehlərə qarşı Nəsimi rayon məhkəməsində qaldırdığı iddiada Q.Kərimov Hüquq Maarifçiliyi Cəmiyyəti tərəfindən İ.Əliyev və N.Əliyevanın redaktorluğu altında 2008-ci ildə "Hakimlərin İntizam Məsuliyyəti" adlı kitabda şərəf və ləyaqətini ləkələməsini göstərib.
Nəsimi rayon məhkəməsi iddianı qismən təmin edərək, təkziv verilməsi, üzr istənilməsi və iddiaçıya vurulan mənəvi zərərin əvəzi kimi cavabdehlərdən müştərək qaydada 1.000 manat tutularaq Q.Kərimova ödənilməsi barədə qətnamə çıxarmışdı.
Cavabdehlər həmin qətnaməni həm milli qanunvericilik, həm də İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 və 10-cu maddələri ilə təminat verilən ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozuntusu kimi qiymətləndirərək ondan apellyasiya şikayəti vermişdilər.
Previous Post

“NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ 7 AY İCBARİ İŞ VERİLDİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU LƏNKƏRAN ŞƏHƏR MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.