“NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ 7 AY İCBARİ İŞ VERİLDİ

Dünən (20 iyul) Nizami rayon Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov, Daxili Qoşunlar komandanının müavini, general-mayor Fəxrəddin Səmədov, Daxili Qoşunların kadrlar idarəsini rəisi polkovnik Nəsir Hüseynov və Daxili Qoşunların maliyyə Xidmətinin rəisi Namiq Poladovun Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı CM-nin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə iddiası üzrə son proses keçirilib və hökm oxunub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna S.Əlibəyli məlumat verib.
Hakim V.Məmmədov Sərdar Əlibəyliyə 7 ay icbari iş verilməsi və aylıq gəlirinin 4 faizinin dövlətin nəfinə tutulması barədə hökm oxuyub.
 Xatırladaq ki, iddiaçılar “Nota” qəzetinin son aylarda nəşr olunmuş saylarında Daxili Qoşunlarla bağlı yazılarda şərəf və ləyaqətlərini ləkələyən  və onları nüfuzdan salan məqalələr dərc edildiyini iddia edərək, Sərdar Əlibəyli barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdilər.
Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ İNTİQAM ƏLİYEVİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.