REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU LƏNKƏRAN ŞƏHƏR MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDƏCƏK

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) tədqiqatçı-jurnalisti Rasim Əliyevin Lənkəran Dövlət Universitetində fiziki təzyiqə məruz qalması və “Nikon D90” markalı fotoaparatın sındırılması ilə bağlı Lənkəran şəhər prokurorluğunda aparılan araçdırma başa çatıb.

Bu barədə bu gün (21 iyul) RATİ-yə daxil olan məktubda bildirilir ki, məsələ ilə bağlı aparılmış araşdırmalarda faktlar təsdiqini tapmadığı və toplanmış materiallarda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilir. Lənkəran şəhər prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Rəşad Tanrıverdiyevin imzaladığı məktubda o da qeyd olunur ki,  dəymiş maddi ziyanla bağlı müvafiq rayon məhkəməsinə müraciət oluna bilər.
RATİ sədri Emin Hüseynov bildirdi ki, məsələ ilə bağlı Lənkəran şəhər məhkəməsinə müraciət ediləcək.

Xatırladaq ki,  22 iyul 2009-cu il, saat 12:20 radələrində RATİ-nin tədqiqatçı-jurnalisti Rasim Əliyev və "Cənub Xəbərləri" qəzetinin  müxbiri Pərviz Əzimov Lənkəran Dövlət Universitetində (LDU) Pərviz Əzimovun qovulması məsələsini araşdırarkən, universitetin mühafizəçisi Ağaəli Kəlbəliyev onlara qarşı təhqiredici  ifadələr işlətmiş və universitetin həyətindən güc tətbiq edərək çıxarmışdı. İnsident zamanı mühafizəçi RATİ-nin tədqiqatçısı Rasim Əliyevi  itələmiş və Nikon D90 markalı fotoaparatı əli ilə vuraraq obyektivi  sındırmışdı.

Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ İNTİQAM ƏLİYEVİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.