İnternetdə diffamasiyaya görə çıxarılan hökm ləğv olunub

mikayil

Noyabrın 25-də  Şirvan Apellyasiya Məhkəməsi Astara rayon sakini, AccessBank-ın keçmiş işçisi Mikayıl Talıbovun şikayətini təmin edib və birinci instansiya məhkəməsinin ona qarşı çıxardığı hökmü ləğv edib.  Bu barədə bu gün (26 noyabr) Reportyorların Azadlqı və Təhlükəsizlik İnstitutuna (RATİ)  Mikayıl Talıbov məlumat verib.

M. Talıbov bildirib ki, məhkəmə hökümü ləğv edib  və işi  təkrar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərib.

“Məhkəmədə işə baxan hakim Ələsgər Novruzov bildirdi ki, Astara Rayon Məhkəməsi işə kobud prosessual pozuntularla baxaraq mənim ədalətli məhkəmə tədqiqatı hüququmu pozub”,-deyə Talıbov qeyd edib.

Xatırladaq ki, Mikayıl Talıbov internetdə diffamasiyaya görə məsuliyyət müəyyən edən qanuni dəyişikliyin ilk qurbanlarından biri olub. Belə ki, Mikayıl Talıbov bu ilin iyul ayında diffamasiya ittihamı ilə əmək haqqının 20%-i tutulmaqla, 1 il islah işlərinə məhkum edilib. Buna səbəb onun işlədiyi “AccessBank”ı tənqid etməsi olub. İşdən çıxarılmasını qanunsuz hesab edən Talıbov facebook-da “Accessbank-HaqsızBank” adlı səhifə yaradıb. Bank məhkəməyə müraciət edib, məhkəmə isə “Accessbank-HaqsızBank”, “Azərabycanda qazanılmış pullar Azərbaycanın əleyhinə”, “AccessBank Azərbaycanda siyasi təzyiqi artırır, əhalinin narazılığına səbəb olur”, “bankda 50 000 manat kredit üçün 5000 manat rüşvət alırlar” ifadələrini böhtan hesab edib. Həmçinin, məhkəmə Talıbovun üzərinə facebook-da təkzib vermək öhdəliyi qoyub.

Previous Post

Jurnalist Fərəməz Novruzoğlu aclıq aksiyasına başlayıb

Next Post

Jurnalistin vəkili Ombudsmanın yalan danışdığını bildirir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.