Jurnalist Fərəməz Novruzoğlu aclıq aksiyasına başlayıb

sx_400218768_dp

Noyabrın 25-də  1 saylı Cəzaçəkmə Müəssisəsində  cəza çəkən müstəqil jurnalist Fərəməz Novruzoğlu (Allahverdiyev) saxlanma şəraitinin pis olmasına etiraz olaraq aclıq aksiyasına başlayıb. Bu barədə bu gün Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna jurnalistin həyat yoldaşı Tahirə Allahverdiyeva məlumat verib.

T. Allahverdiyeva bildirib ki, jurnalistin saxlanma şəraiti pisdir və o artıq bu şəraitə dözə bilmədiyi üçün ağzını sap ilə tikərək aclıq aksiyasına başlayıb. T. Allahverdiyeva onu da qeyd edib ki,  jurnalistin aclıq aksiyasını nə vaxt dayandıracağı barədə hələ dəqiq məlumata malik deyil.

Onu da qeyd edək ki, ötən həftə RATİ Ombudsmana müraciət edərək saxlanma şəraitinin  pis olduğundan şikayətlənən jurnalist Fərəməz Novruzoğlu ilə görüşmək üçün  saxlandığı cəzaçəkmə müəssisəsinə gedərək görüşməsini istəyib.

Xatırladaq ki, Nizami rayon Məhkəməsinin 22 avqust 2012-ci il tarixli hökmü ilə  F.Novruzoğlu  Cinayət Məcəlləsinin 220.2-ci (Kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə – güya F.Novruzoğlu gənclərin 2011-ci ildə təşkil etdikləri “11 mart böyük xalq günü” aksiyası ərəfəsində facebook sosial şəbəkəsində Elçin İlqaroğlu təxəllüsü ilə xalqı kütləvi iğtişaşa dəvət edib, özünü isə aksiya zamanı yandıracağını bildirib) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə – guya F.Novruzoğlu 2010-cu ilin noyabrından  2011-ci ilin oktyabr ayına qədər qanunsuz olaraq Azərbaycan Türkiyə sərhədini keçib və orada qanunsuz yaşayıb) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.  Habelə üzərinə Nərimanov rayon Məhkəməsinin 2010-cu il 5 noyabr tarixli qərarı ilə  1350 manat məbləğində çıxarılmış cərimə qərarının icrası, son məhkəmə prosesi ilə bağlı çəkilmiş 70 manatlıq ekspertiza xərclərinin ödənilməsi öhdəliyi də qoyulub.

Previous Post

MTN-də saxlanılan jurnalist aclıq aksiyasına başlayıb

Next Post

İnternetdə diffamasiyaya görə çıxarılan hökm ləğv olunub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.