FƏTULLAYEV BARƏDƏ HƏBS QƏRARI QÜVVƏDƏ SAXLANILDI

  Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin işi üzrə məhkəmə prosesi keçirilib.

 Apellyasiya məhkəməsi Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin çıxardığı qərarı qüvvədə saxlayıb. E.Fətullayevin vəkili İsaxan Aşurovun RATİ-yə verdiyi məlumata görə, bu qərardan Ali Məhkəməyə şikayət veriləcək: “Amma bu şikayətin səmərəsiz olacağını bildiyimizdən paralel olaraq Avropa İnsan Haqları Məhkəməsinə göndərəcəyimiz şikayəti hazırlayırıq”.

     Xatırladaq ki, "Gündəlik Azərbaycan" və "Realniy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 30 oktyabr 2007-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Mehdi Əsədovun qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O Cinayət Məcəlləsinin 214.1 (terrorla hədələmə), 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 213.2.2 (külli miqdarda gəlir əldə etməklə, vergi ödəməkdən yayınma) maddələri üzrə təqsirli bilinib.

Previous Post

KİTABA GÖRƏ JURNALİSTƏ TƏZYİQLƏR GÖSTƏRİLİR

Next Post

“AZƏRMƏTBUATYAYIM”-IN YENİ SAHİBİ MƏLUM OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.