KİV-ə Dəstək Fondu “Azadlıq” qəzetinə maliyyə yardımını dayandırıb

1

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu “Azadlıq” qəzetinin layihəsinə ayırdığı maliyyəni dayandırıb. Bu barədə bu gün (28 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq”  qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib.

“Fondun icraçı direktorunun rəsmi məktubunda bunu belə əsaslandırmağa çalışıblar ki, qəzetlə bağlanmış müvafiq müqavilənin 5.2-ci maddəsinə əsasən, həmin maliyyə yardımı redaksiyanın hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə, o cümlədən qanunvericiliyə uyğun olaraq tətbiq edilən maliyyə sanksiyalarının (cərimələrin) ödənilməsi üçün istifadə edilə bilməz.  “Azadlıq” qəzetinin isə bank hesabına isə Kəbirə Məmmədovanın işgüzar nüfuzuna vurulan zərərə görə məhkəmə qərarının icrası üzrə Yasamal rayon İcra Şöbəsi tərəfindən 24 oktyabr 2013-cü ildə həbs qoyulub, ona görə də maliyyə yardımı dayandırılır”,-deyə Hacıyev qeyd edib.

R. Hacıyev onu da qeyd edib ki, bu prezident seçkilərindən sonra “Azadlıq” qəzetini tam susdurmaq üçün başladılmış repressiv kampaniyaya xidmət etmək üçün atılmış bir addımdır.

Previous Post

Apellyasiya məhkəməsi jurnalisti həbsdə saxladı

Next Post

“Azadlıq ” qəzeti növbəti dəfə aksiya keçirib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.