QHT-nin qeydiyyatı ilə bağlı apellyasiya şikayəti təmin edilmədi

Nemət Orucov

Yanvarın 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə jurnalist Nemət Orucovun (Hüseynli) Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsinə qarşı qaldırdığı iddiaya əsasən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti təmin edilməyib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin nümayəndəsi Yaşar Ağazadə məlumat verib.

Onun sözlərinə görə, qərardan Ali məhkəməyə kassasiya şikayəti verəcəklər və daxili instansiyalarda istəklərinə nail olmayacaqları təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər.

Xatırladaq ki, jurnalist Nemət Orucov (Hüseynli) 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddiasında “İctimai Maraqların Müdafiə Mərkəzi” ictimai birliyinin Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsi tərəfindən qeydiyyata alınmamasınin qanunsuz hesab edilməsi ilə bağlı iddia qaldırmışdı. Məhkəmə 24 oktyabr 2012-ci ildə iddianın təmin edilməməsinə qərar vermişdi.

Previous Post

“Xəyal” TV-nin əməkdaşları şəraitsizlikdən narazıdır

Next Post

Hilal Məmmədov qapalı prosesə etiraz edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.