Hilal Məmmədov qapalı prosesə etiraz edib

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə Hilal Məmmədovun özü və onun hüquqlarını müdafiə edən vəkilləri – Ramiz Məmmədov, Xalid Bağırov, Anar Qasımlı, Cavad Cavadov və Yalçın İmanov, eləcə də dövlət ittihamçısı Tural Yusifov iştirak ediblər.Hilal Məmmədov vəsatət verərək, məhkəmə prosesinin tam şəkildə açıq keçirilməsi barədə qərar qəbul olunanadək, vəkillərinin səlahiyyətlərini məhdudlaşdırdığını, iştiraklarını qadağan etdiyini deyib. Lakin bunun heç də vəkillərdən imtina kimi qiymətləndirilməməsini istəyib. O əlavə edib ki, vəsatəti təmin olunmayacağı təqdirdə məhkəmə tərkibinə etiraz edəcək və əgər məhkəməyə məcburi gətirilərsə,  qulaqlarına pambıq tıxayaraq, üzünü divara çevirəcək.

Hakim A. Orucov vəsatətə etiraz edərək,  H. Məmmədovun vəkillərinə qismən səlahiyyətin verməsinə ixtiyarı olmadığını bildirib.  Müdafiə tərəfinin vəkilləri isə bunun qanunazidd olub-olmadığını dəqiqləşdirmək üçün Konstitutusiya Məhkəməsinə müraciət edilməsi barədə vəsatət qaldırıblar. Lakin məhkəmə bu vəsatəti də təmin etməyərək, saat 14:00-adək fasilə edib.

Fasilədən sonra keçirilən qapalı prosesdə vəkillərin heç biri iştirak etməyib.

Xatırladaq ki, “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov bu il iyunun 21-də saxlanılıb. Onun haqqında Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. İyulun 3-də isə Hilal Məmmədova CM-nin 274-cü (dövlətə xəyanət) və  283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması)  maddələri ilə əlavə ittiham irəli sürülüb.

Previous Post

QHT-nin qeydiyyatı ilə bağlı apellyasiya şikayəti təmin edilmədi

Next Post

Əvəz Zeynallının məhkəməsində şahidlər ifadə verib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.