Araz Quliyevin apellyasiya şikayətinə baxılır

Sentyabrın 12-də Şirvan Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə “xeber44.com” saytının rəhbəri, jurnalist Araz Quliyevin və digərlərinin  Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2013-cü il tarixli hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Prosesdə Araz Quliyev ifadə verərək ona qarşı irəli sürülən ittihamların saxta olduğunu məhkəməyə bildirib.
Qeyd edək ki, iş vaxtı sona çatdığından onun ifadəsinin dinlənilməsi  16 sentyabr saat 16:00-a təxirə salınıb.
Xatırladaq ki, Araz Quliyev sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulub. Dekabrın 11-də isə jurnalistə qarşı  Cinayət Məcəlləsinin (CM)  228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələrində nəzərdə tutulan ittihamlar irəli sürülüb.  5 aprel 2013-cü il tarixində Lənkəran Ağır Cinayətlər Məhkəməsi Araz Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb.
Qeyd edək ki,  Araz Quliyev ona qarşı irəli sürülmüş ittihamlarla razı olmadığını bildirib, həbsinin jurnalist fəaliyyəti və dindar olması ilə izah edib.
Previous Post

Xarici jurnalistlər Azərbaycana buraxılmır

Next Post

“SEÇKİ PROSESİNDƏ MEDİA ETİKASI” ADLI KONFRANS KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.