TELEKANALLARA NƏZARƏT GÜCLƏNDİRİLƏCƏK

 Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev “Trend” informasiya agentliyinə açıqlama verib.

 Açıqlamasında Cəbiyev bildirib ki, “telekanalların efir vaxtının qısa müddətə dayandırılması üçün səlahiyyətlərin verilməsinə dair təkliflər zərfi hazırlanaraq Azərbaycan hökumətinə təqdim olunub”. Təkliflərdə qanunvericiliyi pozan telekanalların qısa müddətə, bir neçə günə yayımının dayandırılması göstərilib. Onun sözlərinə görə, “Televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər Milli Məclisin yaz sessiyasında müzakirə oluna bilər.  
 

Previous Post

ARİF ƏLİYEV RÖVŞƏN KƏBİRLİ İLƏ ƏFV MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Next Post

“XURAL”IN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.