HƏBS EDİLƏN HÜQUQ MÜDAFİƏÇİSİNİN AİLƏSİ HƏDƏLƏNİR

Müxalifətin 17 aprel mitinqində iştirak etdiyinə görə 15 sutka həbs cəzası alan hüquq müdafiəçisi Vidadi İsgəndərovun ailə üzvlərinə təzyiqlər artıb. Bu barədə onun ailə üzvləri aprelin 20-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)  mətbuat mərkəzində keçirdikləri mətbuat konfransında bildiriblər.

Vidadi İsgəndərovun xanımı və qardaşı onun taleyindən narahatlıqlarını ifadə ediblər. Qohumları bildirib ki,  Vidadi İsgəndərovu uydurma ittihamla mühakimə edə bilərlər. Qardaşı Oqtay İsgəndərov bildirib ki, ailəsinə olan  hədə-qorxularla bağlı dəfələrlə müvafiq orqanlara müraciət etsə də, tədbir görülməyib.

            “Ümidimiz xarici dövlətlərin səfirliklərinə və beynəlxalq təşkilatlaradır”, – deyə  Oqtay İsgəndərov vurğulayıb. Vidadi İsgəndərovun  xanımı Kəmalə İsgəndərova izləndiyini bildirib və bu özbaşınalığa son qoyulmasını tələb edib.

             Qeyd edək ki, Vidadi İsgəndərov əvvəllər prokurorluq orqanlarında çalışıb. Lakin rəhbərliyi tənqid etdiyinə görə işdən çıxarılıb və bundan sonra hüquq müdafiəçisi kimi fəaliyyət göstərir. O 2010-cu ilin parlament seçkilərində deputatlığa namizədliyini irəli sürdüyü Göyçay rayonunda saxtalaşdırma faktlarını aşkar edib. İsgəndərov GEN MMC tərəfindən aldadılan vətəndaşların, polis tərəfindən döyülərək öldürülən Elvin Əsgərovun yaxınlarının, Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən döyülmüş sürücünün hüquqlarını müdafiə edib. İsgəndərov müxalifətin 2 aprel mitinqinin monitorinqini aparanda saxlanılıb və 8 sutka həbsdə saxlanılıb. Aprelin 17-də də müxalifətin növbəti mitinq zamanı saxlanılıb və 15 sutka həbs cəzası alıb. O, şəkərli diabetin ağır formasından əziyyət çəkir.

 

Previous Post

BƏXTİYAR HACIYEVİN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ APRELİN 21-DƏ DAVAM EDƏCƏK

Next Post

AZƏRBAYCANDAN XARİCİ JURNALİSTLƏRİN DEPORTASİYA EDİLMƏSİ TƏNQİD EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.