MƏQALƏ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Bu gün (24 aprel) Yasamal Rayon Məhkəməsində hakimi Raqib Qurbanovun sədrliyi ilə Azərbaycan Nəşriyyatında böyük redaktor vəzifəsində işlədiyini bildirən   İlham Sadıqovun iddiası ilə "Azadlıq" qəzeti və  qəzetin oxucusu həm də kənar yazarı Elmira Tofiqqızına qarşı başlanmış  məhkəmə prosesi davam edib.

Prosesdə iddiaçı  İlham Sadıqov, cavabdeh tərəfin vəkili Elçin Sadıqov iştirak edirdi.
İddiaçı tərəfin etirazına baxmayaraq hakim məhkəməyə sübut kimi təqdim olunan məqalənin linqvistik ekspertizaya göndərilməsi haqqında qərar çıxardı.  Daha sonra hakim məhkəmə prosesinin ekspertizanın rəyindən sonra davam edəcəyi haqqında qərar verildi. 
Xatırladaq ki, İ. Sadıqov müəllifi olduğu Koroğlu haqqında nəşri tənqid edən məqaləyə görə "Azadlıq" qəzetini və məqalənin müəllifi Elmira Tofiqqızını məhkəməyə verib. İddiaçı məhkəmədən cavabdehlərin hər birinin 20 000 AZN məbləğində cərimələnməsini istəyib

Previous Post

HƏBSDƏ OLAN AZƏRBAYCAN JURNALİSTLƏRİNDƏN ÜÇÜ MÜKAFATLANDIRILIB

Next Post

MTRŞ “AQO” QRUPUNUN İDDİALARI İLƏ RAZI DEYİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.