MTRŞ “AQO” QRUPUNUN İDDİALARI İLƏ RAZI DEYİL

“Milli Televiziya və Radio Şurasının əsasnaməsində qeyd olunur ki, heç bir  şəxsin onun fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur”.

Bu sözləri MTRŞ sədrinin  köməkçisi Toğrul Məmmədov Avropa Şurası “Aqo” Monitorinq qrupunun Azərbaycanda medianın durumu ilə bağlı bu günlərdə yaydığı məlum hesabatında MTRŞ haqda da bəndin  salınmasına münasibət bildirərkən deyib (“Bakı xəbər”).

T. Məmmədov hesab edib ki, “Aqo” qrupu  Şuranın fəaliyyəti ilə tanış olmadan sənədi yayıb: “Şura tək əsasnaməsinə görə deyil, praktik fəaliyyətində də tam müstəqil və qərəzsizdir. Hesabatda Şura ilə bağlı əks olunanlarla biz razılaşmırıq və bu  qurumun imicinə kölgə salınması cəhdi kimi qiymətləndirilməlidir”, – deyə Mahmudov əlavə edib. (16)

Qeyd edək ki, “Aqo” qrupu hesabatında MTRŞ-nin müstəqilliyinə şübhə ilə yanaşıb.

Previous Post

MƏQALƏ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Next Post

SAMİR SƏDAQƏTOĞLU BU GÜN YENİDƏN POLİS İDARƏSİNDƏ OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.