HƏBSDƏ OLAN AZƏRBAYCAN JURNALİSTLƏRİNDƏN ÜÇÜ MÜKAFATLANDIRILIB

"Realnıy Azerrbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev; gündəlik "Azadlıq" qəzetinin yazarı Mirzə Sakit; həmin qəzetin baş redaktoru Qənimət Zahidov jurnalist fəaliyyətlərinə görə 2008-ci ilin aprel ayında 24-da Helman/Hammett mükafatına layiq görülüblər.

Hyuman Rayts Vatç təşkilatının Avropa və Orta Asiya üzrə direktoru Holi Kartner deyib; "Üç yazarın üçü də inandıqları işi gördükləri üçün və ictimaiyyətə informasiya verməyə cəhd etdikləri üçün barmaqlıqlar arxasındadırlar. Biz ümid edirik ki, bu təltif onların həbsi və qeyd şərtsiz və dərhal buraxılmalarına ehtiyac olduğu barədə məlumatlılığı artıracaq."  


Hyuman Rayts Vatç tərəfindən təsis edilən Helman/Hammett mükafatı hər il işlərinə görə siyasi təqiblərlə üzləşən yazarlara verilir. Bu mükafat 1989-cu ildə Amerika dramaturqu Lilyan Hellmanın öz əmlakını siyasi təqiblərin qurbanı olmuş və bunun nəticəsində maliyyə yardımına ehtiyacı olan yazarlara kömək məqsədilə vəsiyyət etdikdən sonra təsis edilmişdir. Mükafat üçün namizədləri müəlliflərdən, redaktorlardan və jurnalistlərdən ibarət komitə seçir. Bu il Azərbaycandan üç yazar da daxil olmaqla, 34 mükafat 19 ölkədən layiq görülmüş şəxslərə ayrılıb.

Ötən il yarım ərzində Azərbaycan hökuməti  müstəqil və müxalifət mətbuatına qarşı güclü mübarizə aparmışdır. 10-dan çox müstəqil və müxalifət jurnalistini qorxutmaq üçün hökumət şər, böhtan və başqa ittihamlardan istifadə etmişdir və həmin jurnalistlərdən bəziləri tanımadıqları şəxslər tərəfindən hücumlara məruz qalmışdır.    

"Bu mükafatlandırma ölkədə medianın vəziyyətinin pisləşdiyi bir dövrdə baş verib," deyən Kartner əlavə etmişdir ki, "Azərbaycan 2008-ci ilin payızında keçiriləcək prezident seçkilərinə yaxınlaşdıqca, media azadlığı və müxtəlif media vasitələri ilə fikir müxtəlifliyinin ifadə edilməsinin təmin olunması azad və ədalətli seçki keçirmək üçün mühüm rol oynayır". 

Eynulla Fətullayev müxtəlif müstəqil qəzetlərdə və eləcə də özünün təsis etdiyi və baş redaktoru olduğu ən böyuk tirajlı "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərində yazdığı məqalələrdə Azərbaycan hökumətinin açıq tənqidçisi olmuşdur. O həm də baş redaktoru 2005-ci ildə öldürülmüş həftəlik "Monitor" jurnalında da yazılar dərc etdirmişdir. Hər üç qəzet faktiki olaraq bağlanmışdır. 2006-cı ilin sentyabrında  Daxili İşlər naziri tərəfindən irəli sürülən 3 böhtan (diffamasiya) iddiası üzrə məhkəmə Fətullayevə iki illik şərti cəza vermişdir. Fətullayevə həm də sonuncuya (nazirə) dəymiş zərərin ödənilməsi əmri verilmişdi. 2007-ci ilin aprelində isə o, yenidən böhtan və təhqir iddiaları ilə ittiham olunmuşdur.Bu dəfə ittihama onun 1992-ci ildə Azərbaycanlıların Dağlıq Qarabağda qırılmasında Azərbaycanlıların günahının olması barədə yazdığı məqalə səbəb olmuşdu. Fətullayev bunu yazmadığını, yalnız internet forumundan götürdüyünü bildirsə də, o 30 aylıq həbs cəzası aldı. 

2007-ci ilin oktyabtında Fatullayev üçüncü dəfə terrorla hədələmə, etnik nifrətçiliyin salınması və vergidən yayınma iddiaları ilə ittiham olundu və 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Terrorla hədələmə iddiası onun Azərbaycan hökumətinin xarici siyasətini pisləyən məqaləsinə görə irəli sürülmüşdür.

Fətullayev təqiblərə, fiziki hücumlara, ölüm hədələrinə və digər təhqirlərə tab gətirməli olmuşdur və bu halların heç biri polis tərəfindən lazımi qaydada araşdırılmamışdır. 

Sakit Zahidov Mirzə Sakit ləqəbi ilə yazan jurnalist, şair və satirikdir və 2003-cü ildən gündəlik müxalifət qəzeti olan "Azadlıq" qəzetində yazmağa başlamışdır. Çox vaxt hökumət daxilində rüşvətxorluğa istinad edən Zahidovun şerləri "Bizim Yol", "Bakı Bulvarı" qəzetləri də daxil olmaqla bir neçə digər qəzetlərdə də çap olunmuşdur. Zahidov 2005 və 2006-cı illərdə iki şer toplusu çap etdirmişdir. 2006-cı il iyunun 23-də Zahidov saxta narkotik saxlama ittihamı ilə həbs edilmişdir. (bax; http://hrw.org/english/docs/2007/02/09/azerba15374_txt.htm) və 3 illik həbs cəzası almışdır. Zahidovun həbsi hakim partiyanın baş məmurlarından birinin Zahidovu yazılarına görə açıq şəkildə tənqid edəndən dərhal sonra baş verdi. 

Qanimət Zahidov "Azadlıq" qəzetinin baş redaktoru və Sakit Zahidovun qardaşıdır. O, üç nəfər arasında ən son məhkum ediləndir. Zahiodov 2007-ci ilin noyabrında xuliqanlıq iddiası ilə həbs edilmiş və 4 illik azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yerli və beynəlxalq müşahidəçilər bu ittihamın saxta olduğunu iddia edirlər. Zahidov "Azadlıq"-da yüksək vəzifəli məmurları tez-tez tənqid etmiş və nəticədə təqib, hədə və fiziki hücumlara məruz qalmışdır. Hökumət məmurları onun və qəzetin əleyhinə saysız iddialar irəli sürmüş və bütün bunlar yüz minlərlə dollar həcmində cəriməyə səbəb olmuşdur. Qəzet 2006-cı ilin noyabrında yerləşdiyi binadan çıxarılmışdır.

Previous Post

JURNALİSTİ ÖLÜMLƏ HƏDƏLƏYƏN ŞƏXS İNDİ DƏ PROKURORLUĞA ŞİKAYƏT EDƏCƏYİNİ DEYİR

Next Post

MƏQALƏ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.