ZAHİDOVUN VƏKİLLƏRİ VƏ AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜNƏ SÜNİ ƏNGƏLLƏR TÖRƏDİLİR

Mayın 22-də 1 saylı Bayıl İstintaq Təcridxanasından Binə qəsəbəsi ərazisində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülən “Azadlıq” qəzetinin  baş redaktoru Qənimət Zahidin (Zahidov) saxlanma şəraiti barədə nə ailə üzvlərinin, nə də vəkillərinin heç bir məlumatı yoxdur.

“Azadlıq” qəzetinin verdiyi xəbərə görə, baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyeva yaxın günlərdə baş redaktorla görüşəcəyini bildirib. Amma görüş üçün süni əngəllər də var: 
”Görüş üçün  ərizə yazıb icazə almaq lazımdır. Yəqin ki, problem yaratmazlar ”, – deyə o bildirib.
 Jurnalistin vəkil Elçin Sadıqov isə bildirir ki,  Zahidlə görüş üçün mütləq rəsmi icazə alınmalıdır: ”Ailəsi də, vəkilləri olaraq biz də Zahidlə birbaşa görüşə bilmərik. Bunun üçün hər dəfə müəssisənin rəhbərliyinə rəsmi qaydada ərizə ilə müraciət etmək lazımdır. Əslində, qanunvericilikdə belə bir məhdudiyyət nəzərdə tutulmayıb”, – deyə qeyd edən Sadıqov onu da əlavə etdi ki, əgər, bu istiqamətdə vəkillər və Zahidin ailə üzvləri üçün süni əngəllərin yaradılması davam edəcəksə, bu qanunsuz əməldən məhkəməyə müraciət edəcəklər.
   

 

Previous Post

MÜXALİFƏT QƏZETLƏRİ ÜÇÜN ŞİRNİKLƏNDİRMƏ KAMPANİYASI HAZIRLANILIR

Next Post

“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞI ELEKTRON POÇT VASİTƏSİLƏ TƏHQİR OLUNUB VƏ HƏDƏLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.